40
Dər məqami-əcəm
Ağlamak göründi könül,
Ağlayalum sənün ilə.
İnləmək göründi könül,
İnləyəlüm sənün ilə.
Adəmü Həvva cənnətdən
Ayru düşdilər ne’mətdən.
Biz dəxi dərdü həsrətdən
Ağlayalum sənün ilə.
Qanı bu dənlü ənbiya?
Qanı Mühəmmədi-Müstəfa?
Çünki getdi əldən səfa,
Ağlayalum sənün ilə.
İrişincə Həqqdən ehsan,
Dərdünə olincə dərman,
Buyində xoş gör bir zəman
Ağlayalum sənün ilə.
Eşqün oldı aşikarə,
Qaldı Hüdayi avarə,
Ta olincə dərdə çarə,
Ağlayalum sənün ilə.
Bakma cənnətün hurinə,
Aldanmagil qüsurinə.
İrincə vəhdət nurinə
Ağlayalum sənün ilə.
Yüzümüz sürəlüm xakə,
Ahimüz çıksun əflakə.
Ta irincə zati-pakə,
Ağlayalum sənün ilə.