43
Bakma bunın varinə,
Durışalım Həqq yolinə,
Kitabını sağ əlinə
Alanlardan eylə bizi.
Ya vahidü fərdü əhəd,
Asilərə eylə mədəd.
Cənnət içində ta əbəd
Qalanlardan eylə bizi.
Mö’minlər düşə rəhmətə,
Münafiq düşə möhnətə.
Sirat keçüb cənnətə
Girənlərdən eylə bizi.
Mö’minlərə rəhmət olə,
Münafiqlər məhrum qalə,
Yunus aydar toğrı yolə
Gedənlərdən eylə bizi.
Məqami-rast
Olupdur nəfsimiz pərdə,
Mədəd, mövla! Mədəd, mövla!
Qoma bizi ayaklarda,
Mədəd, mövla! Mədəd, mövla!
Zəifiz, istərüz qüvvət.
Qəribiz, umarüz rəhmət.
Səninlədür sana vəslət,
Mədəd, mövla! Mədəd, mövla!
Qulınun işi cinayətdür,
Sana layiq inayətdür,
Vüsalın ki səadətdür,
Mədəd, mövla! Mədəd, mövla!
Zə’fi qüvvətə irgör,
Qürbati vəslətə irgör,
Sərayi-vəhdətə irgör,
Mədəd, mövla! Mədəd, mövla!