42
Sehrilə sunadüb kəndin
Meydana salan səməndin,
Aləmə mehnət kəməndin
Salan dünya degülmisən?
Qəsd edüb xəlqin özinə,
Toprak doldurub gözinə,
Əhli-qəflətin yüzinə
Gülən dünya degülmisən?
Əgər şahi, əgər bəndə,
Hər kişiyi salan bəndə.
Kimsə məkan dutmaz səndə.
Viran dünya degülmisən?
Kimsəni nalan edüb,
Kimsəni giryan edüb,
Axir dəmdə üryan edüb
Soyan dünya degülmisən?
İşin-gücin daim yalan,
Çok kişidən ertə qalan,
Neçə kərrə boşalubən
Dolan dünya degülmisən?
Nəvayi-sünbüli
Ya Rəbb, cənnət evini
Görənlərdən eylə bizi.
Yarın andə didarini
Görənlərdən eylə bizi.
Məhşərdə olə xəlq heyran,
Çok cigərlər olə büryan,
Ərşin kölgəsində seyran
Edənlərdən eylə bizi.
Bu dünyanın vəfası yok,
Ya ac olmışsan, yaxud tok.
Tərazidə səvabı çok
Gələnlərdən eylə bizi.