45
Münəvvər eyləyüb nuri-şəriət,
Sirati-müstəqim olsun təriqət,
Əhatə eyləsün bəhri-həqiqət,
Mədəd, ey padişahlər padişahi.
Təriqət putəsində nəfsi-qal et,
Bu qal içində qoma, əhli-hal et,
Əsirinə layiqi bəzmi-visal et,
Mədəd, ey padişahlər padişahi.
Keçür aşiqlərün sövtü sədadən,
Güzər qılsun cəmi’i-masivadən ,
Həyat irsün ana buyi-bəqadən,
Mədəd, ey padişahlər padişahi.
Əsirgə bu Hüdayi dərdiməndi,
Ki zira məhzi-fəzlünlə ziyəndi,
Sərayi-vəhdətə irgör, əfəndi,
Mədəd, ey padişahlər padişahi.
Məqami-əcəm
Sənün aşiqlərün qalmaz
Nəzər firdovsi-ə’tayə.
Nə huridən xəbər bilməz,
Nə meyl edər müsəffayə.
Nüquşi-masivallahdən
Keçürmiş bunləri eşqün.
Qomişlər qeyri-sevdayi,
Dolaşmişlər bu sevdayə.
Ənəlhəqq qibləsin bulmiş,
Yüzini eşqə döndərmiş,
Şərabi-ləmyəzəl içmiş
Bak ol mənsuri-şeydayə.
Rümuzi-qabi-qövseynin
Nə ruhani məanidür,
Ki sübhanəl-ləzi əsra
Bəyan düşmiş bu arayə.