46
Əgər şol aşiqin zahid
Sorarsan vəsfi-halindən.
Fəna bəhrinə qərq olmış,
Ulaşmış qətrə dəryayə.
Əgərçi aşiqin halin
Sorarsən, kəndüdən sorma.
Sorarsən hali-məcnundən,
Sor ol xəssari-leylayə.
Gəl, ey Yunus, gözüni yum
Cəmali-masivallahdən,
Ki bundə görəsin Həqqi,
Nə hacət və’də fərdayə.
* * *
Oyan, hey gözlərüm, qəflətdən oyan.
Oyan, uyxusı çok gözlərüm, oyan.
Əzrailün qəsdi canədür, inan.
Oyan, hey gözlərüm, qəflətdən oyan.
Bu dünya fanidür, sakın, aldanma.
Məğrur olub tacə-təxtə dayanma.
Yeddi iqlim bənüm diyo güyənmə,
Oyan, hey gözlərüm, qəflətdən oyan.
* * *
Zülmət qonağın keçəgör
Ənvari-zikrüllahi ilə.
Abi-həyatı içəgör
Ənhari-zikrüllahi ilə.
Əğyari sormək qəsdin et,
Məqsudə irmək qəsdin et,
Məhbubi görmək qəsdin et
Hər bari-zikrüllahi ilə.