47
Dərdün də’vayə irişə,
Qəlbün sədayə irişə,
Lütfü ətayə irişə
İqari(?)-zikrüllahi ilə.
Qalib olub lütfi-Xuda,
Getsün könüldən masiva,
Rəbbül-lisan ol daima
Qüffari-zikrüllahi ilə.
Sadiq olagör eşq əri,
Olur həqiqət məzhəri,
Nüsrət bulərdün əsgəri
Sərdari-zikrüllahi ilə.
Zikr eylə, məzkurə iriş,
Keç xoridən, nurə iriş,
Bir kənzi-məsturə iriş
İzhari-zikrüllahi ilə.
Kim ki olə sidqilə qul,
Mövlasını unutmaz ol.
Buləgör Hüdayi Həqqə yol
Əsari-zikrüllahi ilə.
* * *
Inayət eylə, nəzər eylə qulinə,
Mədəd səndən, inayət issi, mövla.
Hidayət eyləgil toğrı yolinə,
Mədəd səndən, inayət issi, mövla.
Zəifün səbrə əsla taqəti yok,
Dəxi ən’ami-şükrə sür’əti yok,
Sana layiq, əfəndi, xidməti yok,
Mədəd səndən, inayət issi, mövla.
Könüllər dərdünə dərman sənündür,
Qəmu sültanlərə fərman sənündür,
Əfəndi, lütflə ehsan sənündür,
Mədəd səndən, inayət issi, mövla.