48
Səfadır, qəlbinüzə qalmasun pas,
Olavüz ta qərini-məclis xas,
Həqiqət bəhrinə sən eylə qəvvas,
Mədəd səndən, inayət issi, mövla.
Hüdayinün edüb qəlbini tə’mir,
Yarə sən eylə hər əmrini tədbir,
Cənabindən irişsün anə tə’sir,
Mədəd səndən, inayət issi, mövla.
* * *
Güni xəlq edən xaliq,
Zikrüni əgləncə ver.
Nəmüz var sana layiq,
Zikrüni əgləncə ver.
Cəm’ olub ixvanilə
Sürülsün ərkanilə,
Okuyalum canilə,
Zikrüni əgləncə ver.
Zikrüm, ey Rəbbülən’am,
Qıl könüldə bərdəvam,
Okuyalum sübhü şam,
Zikrüni əgləncə ver.
Ya Rəbb, dili-viranümüz,
Sabit eylə imanümüz,
Al mununlə canümüz,
Zikrüni əgləncə ver.
Ola çün yövmü əlifbam,
Eylə, ey mühyiül-izam,
Zakiriyi şadü kam,
Zikrüni əgləncə ver.