49
* * *
Aləmlərün sültanı,
İnayət eylə bizə.
Eşqilə şövqü zövqün ver,
Hidayət eylə bizə.
Azdı kəndi yolumuz,
Tovhid etməz dilimüz,
Sana mə’lum halumuz,
Bir halət eylə bizə.
Yolindən azmişlərüz,
Sərsəri gəzmişlərüz,
Təriqün bozmişlərüz
İnayət eylə bizə.
Axar gözimün yaşi,
Ökülməz bəğrimin başi.
İki cəhanün günəşi,
Şəfaət eylə bizə.
* * *
İrdi eşqün əsgəri,
Yəğmayə verdi varümi.
Var olub var ilə,
Bildüm ol yücə dildarümi.
Bir qədəh eşqün meyindən
Nuş eyləyüm, buldum səfa.
Kimsələr qadir degildür
Dəf’ edə xümmarümi.
Kəndü nəfsindən keçmək
İmiş çün təsəvvüfdən mürad.
İrişüb hal içrə
Halə qomişəm güftarümi.