50
Aşiqü sadiq olanlər
Sidq ilə gəlsün bərü.
Pəs bəyan edəm ana bən
Həqq ilə bazarümi.
Də’vət eylə Həqqə, Osman,
Talibü rağibləri.
Dərdi olan canü dildən
İdigələr(?) ahü zarümi.
* * *
Həqqi sevən aşiqlərün
Dünya görünməz gözinə.
Dust yolində sadiqlərün
Dünya görünməz gözinə.
Daim Həqq ilə olanun,
Dusti qəlbündə bulanun,
Könli eşqlə tolanun
Dünya görünməz gözinə.
Eşqi daim yar edənün,
Yarın anub zar edənün,
Arzuyi-dildar edənün
Dünya görünməz gözinə.
Həqqi dildə bulanlərün,
Qəlbi nur ilə tolanlərün,
Fənafillah olanlərün
Dünya görünməz gözinə.
Dərviş Osman fikr edənün,
Xaliqinə şükr edənün,
Aqibətin fikr edənün
Dünya görünməz gözinə.