52
Əhvəl olub bir-ikiyə bakmağıl,
Qəflət ilə hər yeganə akmağıl,
Kəndüni şirk atəşinə yakmağıl,
Qo sivayi, mətləbi-ə’layi gör.
Qıl həzər batil təriqə getmədən,
Baqiyi fani məta’ə satmədən,
Key, sakın, təzyi’ ovqat etmədən,
Qo sivayi, mətləbi-ə’layi gör.
Nəfsə qəlbün qalib olması gözəl,
Həqqə ruhün talib olması gözəl,
Sirri-ixfa rağib olması gözəl,
Qo sivayi, mətləbi-ə’layi gör.
Ey Hüdayi, dideyi-Həqqilə bak,
Şərh edər tovhidi-Həqqi hər vərəq,
Məktəbi-ürfandən aldunsə səbəq,
Qo sivayi, mətləbi-ə’layi gör.
Əcəm
Sinəsi dağinə məlhəm bulmadı,
Neyləsün biçarə aşiq, neyləsün.
Bəğrinün başinə bəram(?) bulmadı,
Neyləsün biçarə aşiq, neyləsün.
Bir ükülməz (?) dərdə düşmişdür gəda,
Şərh olunmaz, dil ilə olmaz əda,
Səndən olmazsa inayət, ey Xuda,
Neyləsün biçarə aşiq, neyləsün.
Şəm’i-eşqə yandı dil pərvanəsi,
Külli-gül oldı vücudi-xanəsi,
Yanasi qaldı fəqirün, yanasi,
Neyləsün biçarə aşiq, neyləsün.
Qaplarisə aləmi nari-cəlal,
Gizlərisə nurini vəchi-cəmal,
Neçəsi səbr edə nuri-biməcal,
Neyləsün biçarə aşiq, neyləsün.