53
Əcəmi-əşiran
İlahi, qıl məni Məcnunü şeyda,
İrəm ta Leyli məqsudə bən da,
Olə nuri-cəmalün dildə peyda,
Eyyüha Rəbbəna Pərvərdigara!
İlahi, eşqini qıl bana həmrah,
Bulə dil zövqü şövqün gahü gah,
Olə virdi-zəbanün daim “Allah”,
Eyyüha Rəbbəna Pərvərdigara!
Əsirgərsin mərdü aləm padişahi,
Xətavü cürmümüz əfv et, İlahi!
[
Əlyazmada bu misranın yeri boşdur]
Eyyüha Rəbbəna Pərvərdigara!
Neçə bir cürmü isyan zöhd ya ah,
Neçə bir dildə ya hübbi-sivallah,
Xudaya, qıl bizi məqbuli-dərgah,
Eyyüha Rəbbəna Pərvərdigara!
Dər məqami-ovci-əraq
Sənsin əhəd, sənsin səməd,
İmanilə göndər bizi.
Ehsan ki yokdur ədəd,
İmanilə göndər bizi.
Sənsən kərim, sənsin rəhim,
Halimüzə sənsin əlim,
İmanümüz eylə səlim,
İmanilə göndər bizi.
Bu fani evdən köçicək,
Baqi sərayə yeticək,
Ölüm şərbətin içicək,
İmanilə göndər bizi.