54
Görinəlim imanilə,
Günahləri qüfranilə,
Ən’amilə, ehsanilə,
İmanilə göndər bizi.
Dilimüzdə Qur’an olə,
Könlümizdə Rəhman olə,
Müşkilümüz asan olə,
İmanilə göndər bizi.
Rəhmət eylə bu qullərə,
Günahi çok yoksullərə,
Gedicək uzak yollərə,
İmanilə göndər bizi.
Ol vəqt kim, əcəl irişə,
Şeytan imanə qərişə,
Umarüz, övnün irişə,
İmanilə göndər bizi.
Biz qullərün biçarəyüz,
Heyranü həm avarəyüz,
Gəldük sana yalvarəyüz,
İmanilə göndər bizi.
Sənsin qəni, sənsin kərim,
Bu qullərə sənsin rəhim,
Əfv et, kərəm qıl, ya Əlim!
İmanilə göndər bizi.
Dərdlülərə dərman verən,
Kafirlərə iman verən,
Ölmüşlərə həm can verən,
İmanilə göndər bizi.
Gərçi, işimüzdür xəta,
Sən eyləgil əfvü əta,
Rəbbim, bizi yakma odə,
İmanilə göndər bizi.