55
Bu Qasimi aydur: “Xuda,
Lütfinündən etməgil cüda,
Bu qulləri yakma odə,
İmanilə göndər bizi”.
Dər məqami-əcəm
Olmayicək səndən əta,
Qul neyləsün, ya Rəbbəna!
Daim içi səhvü xəta,
Qul neyləsün, ya Rəbbəna!
İstərsən can bülbüli,
Lakin irişməz əqlü əli.
Gər açi verməzsən yoli,
Qul neyləsün, ya Rəbbəna!
Kim qəmdə, kim rahətdədür,
Aləm buna heyrətdədür,
Həp qəbzeyi-qüdrətdədür,
Qul neyləsün, ya Rəbbəna!
Əntə kərimül-müstəan,
Əntər-rəufü küllə an,
Ehsanünə qılduk həman,
Qul neyləsün, ya Rəbbəna!
Kim ki əzəl dedi: “Bəla”,
Andan irağ oldı bəla.
Allahü yəf’əl ma yəşa,
Qul neyləsün, ya Rəbbəna!
Uçsa Qafdan əndəlib,
Qoma Hüdayini qərib,
Et gülşəni-vəslün nəsib,
Qul neyləsün, ya Rəbbəna!