60
Dər məqami-nəvayi-sünbüli
Ey talibi mövla olan,
Qulluk yolun getmək gərək.
Ey mətləbi-ə’la olan,
Ədnayi tərk etmək gərək.
Qalib olub hübbi-vətən,
Sığmaz ovayə canü tən.
Vəhdət diyarinə gedən
Sirrilə seyt etmək gərək.
Mövla nəzər etsə qulə,
Tovfiq edə toğrı yolə.
Hər kim ki məqsudin bulə,
Şükrin anun etmək gərək.
Dər məqami-nəvayi-sünbüli
Ey talibi-vəsli-Xuda,
Gəl gedəlüm həqqdən yəna.
Ey aşiqa nuri-liqa,
Gəl gedəlüm həqqdən yəna.
Gəl eşqlə dinlə bəni,
Həqqə qul et canü təni.
Mövla səni istər, səni,
Gəl gedəlüm həqqdən yəna.
Açıldı vəhdət gülləri,
Fəryad edər bülbülləri.
Görindi canan illəri,
Gəl gedəlüm həqqdən yəna.
Ey mürği-baği-laməkan,
Ey rəmzi-sirri-künfəkan,
Yerin degildür bu cəhan,
Gəl gedəlüm həqqdən yəna.