61
Ey nuri, gəl eşqilə yan,
Ver yolinə baş ilə can.
Həqqi bulur canə qıyan,
Gəl gedəlüm həqqdən yəna.
Dər məqami-nəva
Əya mö’min, bu dünyadə
Əcəldən kimsə qurtulməz.
[
Sonrakı beyt əlyazmada yoxdur]
Quş olubən uçarisən,
Yedi dərya keçərisən,
Abi-həyat içərisən,
Əcəldən kimsə qurtulməz.
Dərundən zikr et Allahı,
Xeyir qil, eylə ahı,
Nə qur bəndəni, nə şahı,
Əcəldən kimsə qurtulməz.
Nə Mühəmməd, nə xüd Əyyub,
Nə Musa qaldı, nə Yə’qub,
Yusif Misrə sültan olub,
Əcəldən kimsə qurtulməz.
Dər məqami-səba
Əcəl yolum bağlar bənüm,
Cigərcigim tağlar bənüm,
Anam-atam ağlar bənüm,
Qomaz imiş əcəl bəni.
Əcəl bənüm bükər belüm,
Pozar qəvaid yerlərüm,
Qərə toprak örtər tənüm,
Qomaz imiş əcəl bəni.
Qəndə yüririsim bilə,
Uyar gedər bənümilə.
Qəsdi budur, canüm alə,
Qomaz imiş əcəl bəni.