62
Qarlu tağlər aşarisəm,
Qəriblüğə düşarisəm,
Bin yıl ömür yaşarisəm,
Qomaz imiş əcəl bəni.
Əgər həccə varurisəm,
Həqq nurini görürisəm,
Yer altinə girürisəm,
Qomaz imiş əcəl bəni.
Dər məqami-hüseyni
Ey qafil, bir gün sana
Gəl” derlərsə, nə dersən?
Surü hesab yerinə
Var” derlərsə, nə dersən?
Gir” derlərsə yolünə,
Bak” derlərsə halünə,
Dəftərün əlünə
Al” derlərsə, nə dersən?
Sən dünyadə gəzərkən,
Kəndüzündən bezərkən,
Ölümdən bin bezərkən,
Ol” derlərsə, nə dersən?
İştətdünmi, ey xocə,
Sirat köprisi necə?
İncədən dəxi incə
Keç” derlərsə, nə dersən?
Münkir olmə ərlərə,
Yetişigör pirlərə.
Bir gün qərə yerlərə
Gir” derlərsə, nə dersən?
Yoğ isə ə’malimüz,
Əssi qılmaz malimüz.
Qəbr içində yalinüz
Qal” derlərsə, nə dersən?