68
Məqami-ovci-əraq
Canə cəfa qıl vəfa,
Səndən həm ol xoş, həm bu xoş.
Ya dərdün göndər, ya dəva,
Səndən həm ol xoş, həm bu xoş.
Xoşdur bana səndən gələn,
Ya gül olə, yaxud dikən,
Ya xəl’ət, yaxud kəfən,
Səndən həm ol xoş, həm bu xoş.
Gər bağ, gər bustan isə,
Ya bəndü ya zindan isə,
Ya vəslü ya hicran isə,
Səndən həm ol xoş, həm bu xoş.
Bir dəm halümi sorə gəl,
Dilərisən, bəğrumi dəl,
Ey lütfi çok, qəhri gözəl,
Səndən həm ol xoş, həm bu xoş.
Gərək ağlad, gərək güldür,
Gərək öldür, gərək dirgür,
Əşrəf oğlı sana quldür,
Səndən həm ol xoş, həm bu xoş.
Məqami-əraq
Fəna bulub həyat ələm
Şu dəm ki, eşqi yaründən
Mühəbbət istəyən gəlsün,
Xəbər sorsun məzarümdən.
Nəsimi-ruhi-Rəhmandən,
Nəfəs irərsə gər candən,
Bəharistan olə aləm
Səfayi-novbəharümdən.