69
Fəna əndər fəna buldı,
Vücudüm mülki-sərtasər.
Görinür bir bədən qaldı
Həman ancak hisarümdən.
Keçüb dünyavü üqbadən
İrəm vəhdət sərayinə.
Fəqirə gər kərəm edə
Qəni Pərvərdigarümdən.
Cənab bakünə layiq
Hüdayinün nəsi ola.
Məgər kim ərməğan əltim(?)
Kəmali-iftiqarümdən.
Məqami-üzzal
Bu eşqə yoldaş olalı
Qomışam namusı ari.
Dəvasuz dərdə duş oldum,
Qıluram ah ilə zari.
Gəzərkən kəndü halümdə,
Əcəb sevdayə duş oldum.
Gözümə zərrəcə gəlməz
Fəna əqlimün vari.
Səhər bülbüllərin gör kim
Yenə əfğanə bəşlədi.
Məgər kim novbəhar olmış,
Evinə düşdi gülzari.
Həqiqət əhlisən, Dərviş,
Müvəhhidlərdən olagör.
Oku elmüni tovhidün,
Kəs imdi gizlü zünnari.
Gəl imdi şəmsi-tirin
Qəddi qıl canüni Həqqə.
Bu yoldə baş-can vermək
Olur aşiqlərün kari.