70
Məqami-üzzal
Ey zahiri pünhan olan,
Aşiq səni bulsə, nolə.
Aləmlərə sültan olan,
Aşiq səni bulsə, nolə.
Gökçək cəmalin gizləyən,
Üşşaqı heyrətdə qoyan,
Ey səmmə vəchüllahi din,
Aşiq səni bulsə, nolə.
Me’racə edüb də’vəti
Verən həbibinə vüsləti.
Talibdən alsan qəfləti,
Aşiq səni bulsə, nolə.
Kimin sifatə ir görən,
Kimini zatə irgürən,
Cümlə muyidir kürən,
Aşiq səni bulsə, nolə.
Eylə Hüdayiyə əta,
Keçür qəmudən mütləqa.
Bulsun bəqa əndər bəqa,
Aşiq səni bulsə, nolə.
Məqami-bayatı
Müsəxxər əmrünə həp cümlə əşya,
Sənindür qul, sənindür hökm, İlahi.
Əlinün altındadür dünyavü üqba,
Sənindür qul, sənindür hökm, İlahi.
Nə istərsən, edərsən, qüvvətün var.
Hər işdə dürlü-dürlü hikmətin var.
Əsirgəsən üsati, rəhmətün var,
Sənindür qul, sənindür hökm, İlahi.