71
Kiminün dərdinə timar edərsən,
Kiminə atəşi gülzar edərsən,
Kimini Müstəfayi-müxtar edərsən,
Sənindür qul, sənindür hökm, İlahi.
Qəni Əyyub kibi bir səbrə taqət,
Ya İsmə’il kibi qurbanə cür’ət,
Məkr edərsən fəzlinlə rəhmət,
Sənindür qul, sənindür hökm, İlahi.
Üsatə rəhməti-qüfran edərsən,
Könüllər dərdinə dərman edərsən,
Hüdayiyə ətavü ehsan edərsən,
Sənindür qul, sənindür hökm, İlahi.
Məqami-üzzal
Varını verməzmi yar istəyən?
Varı tərk etməzmi dildar istəyən?
Zahidə, vüslət dilərsən, aşiq ol,
Aşiqi olmazmı sünar istəyən?
Gizlü tut candə vüslət rəmzini,
Sərtəsər etməzmi səttar istəyən?
Eyləməz əğyarə sirrin aşikar
Yarilə bir kəz yar istəyən.
Eyləsün bülbül kibi fəryadü zar
Eşqi-Həqq bağində gülzar istəyən.
Bal pər qayirmədi pərvanəvəş
Nari-eşqə yandı ənvar istəyən.
Gözlərüm yaş yerinə qan ağlasun,
Didəyə qıymazmı didar istəyən?
Nurinün sirrindən alsun bir xəbər
Aləm içrə aşiqi zar istəyən.