72
Məqami-üzzal
Xudanun lütfi var, əlhəmdülillah!
Cəmalı aşkar, əlhəmdülillah!
Vüsalı yolləri qıldı münəvvər,
Olub leylü nəhar, əlhəmdülillah!
Təcəlli eylədi sinayi-sərdə,
Göründi nuri-nar, əlhəmdülillah!
Cəlalı heybətün oldı hasil,
Sivayə ənqəhar, əlhəmdülillah!
Qəmuyə bu cəhan olurkən əğyar,
Olupdur bizə yar, əlhəmdülillah!
Könül bağı tolu əzhar-ənvar,
Edər canı nisar, əlhəmdülillah!
Cəhan xəlqi qəmu dərman umarkən,
Könül dərdi nə dərman, əlhəmdülillah!
Könül bir karə meyl etmək qəmgin
Edərkən eşqi kar, əlhəmdülillah!
Görünən nur ya həp nuri-Həqqdür,
Dəxi qeyri nə var, əlhəmdülillah!
Məqami-üzzal
Tazə-tazə dust gülləri
??? [
oxunmur]
Düni-güni olsun bülbülləri,
Eşqi artub əksülməsün.
Balıqlar dəryadə erər,
Odlərə düşmiş səməndər
Nə oddən, nə sudən dönər,
Kimsələr aşiq olmasun.