76
Xəta bəndən, əta səndən.
İzzətün həqqi, ey mövla,
Çün olə yövmüt-təğabün.
Zakiri asi quluni
Eyləmə ol gündə məğbun.
Rəhmətün dəryasinə sal
Cümləmüzi fərdi-biçun.
Aləmi yaradan Allah,
Xəta bəndən, əta səndən.
Dər məqami-əcəmi-əşiran
Qafil olma, bir gün yolun alisər,
Aldanma gəl, könül, fanidir dünya.
Kimə vəfa qıldı sana qəlisər,
Aldanma gəl, könül, fanidir dünya.
Aqil olan olmaz buna müqəyyəd,
Zira bundə kimsə qalmaz müəyyəd.
Qanı iki cəhan fəxri Mühəmməd,
Aldanma gəl, könül, fanidir dünya.
Dutalum, yaşamışsın neçə yüz bin yil.
Axirinə sənün toprakdur mənzil.
Qanı Allah dusti İbrahim Xəlil,
Aldanma gəl, könül, fanidir dünya.
Bu neçə yıl çalışdı hikmətə Loqman,
Axır bulmadı əcələ bir dərman.
Qanı qafdən qafə gəzən Süleyman,
Aldanma gəl, könül, fanidir dünya.
Küllü mən əleyha fanin”, – dedi Həqq,
İmdi ölüm bildün vardır mühəqqəq.
Dut imdi sən Dərviş sözinə qulək,
Aldanma gəl, könül, fanidir dünya.