77
Dər məqami-nəvayi-sünbüli
Bir qəribəm şu dünyadə,
Gülmə, gülmə, ağlə, könül.
Dərdün dəxi çokdur sənün,
Gülmə, gülmə, ağlə, könül.
Dünya kimə qıldı vəfa,
Daim işi cövrü cəfa,
Qanı Mühəmməd Müstəfa,
Gülmə, gülmə, ağlə, könül.
Bir gün olə, əcəl irə,
Bütün qulluğindən qalə,
Örtü düşən türab olə,
Gülmə, gülmə, ağlə, könül.
Aşiq Yunus söylər sözin,
Həman Qur’an bilür özin.
Əgər qışın, əgər yazin,
Gülmə, gülmə, ağlə, könül.
Məqami-rast
Aşiqlər olənlər ol gülə
Nalani-zikrüllah olur.
Sadiq olənlər dərdilə
Giryani-zikrüllah olur.
Eşqün ilə cuş eyləyən,
Anla dili xoş eyləyən,
Bir qətrəsin nuş eyləyən
Ümmani-zikrüllah olur.
Sərf etsə aşiq hümmətin,
Zövq etsə eşqin ləzzətin,
Bulsə vüsalin şövkətin
Sültani-zikrüllah olur.