78
Gəl gör həqayiq ellərin,
Der andə mə’ni güllərin,
Guş eyləyən bülbüllərin
Şadani-zikrüllah olur.
Nuri-vüsalə can atar,
Ağlər yaşinə dəm qatar,
Divanələr şəklin dutar
Heyrani-zikrüllah olur.
Bayatı
Var dərdilə yan-yöri
Dərmanə irişincə.
Eşqilə qulluk eylə
Sültanə irişincə.
Sulər kibi seyr eylə,
Bir yerdə qərar etmə.
Alçəklərə ak yüri
Ümmanə irişincə.
Eyyub kibi səbr eylə,
Yə’qub kibi çok ağlə,
Yusif kibi sən dəxi
Kən’anə irişincə.
Daim xorü həqir ol,
Şayəd Xəlil olasin.
İsmə’il kibi sən dəxi
Qurbanə irişincə.
Yunus, sən bu gövhəri
Neçün verdün nadanə?
Bu yoldə nələr çəkdün
Ol kanə irişincə?