79
Nəvayi
Bizi insan edən sənsin,
Şükr, ya Rəbb, ya Rəbb!
Külli ehsan edən sənsin,
Şükr, ya Rəbb, ya Rəbb!
Cəhanı eyləyüb peyda
Bizə etdün cudü əta.
Həm etsün eşqinlə əhya,
Şükr, ya Rəbb, ya Rəbb!
Bu zati qəndə bulurduk,
Sifati qəndə bulurduk,
Həyati qəndə bulurduk,
Şükr, ya Rəbb, ya Rəbb!
İbadüni eyləyüb icad,
Qülub eyləyüb abad,
Edərsin kəndünə irşad,
Şükr, ya Rəbb, ya Rəbb!
Hüdayiyə hüda gəldi,
Cənabindən əta gəldi,
Mühəbbətdən səfa gəldi,
Şükr, ya Rəbb, ya Rəbb!
Sənündür qüdrətü qüvvət,
Bulunməz lütfinlə qayət,
Aradə qeyrilər alət,
Şükr, ya Rəbb, ya Rəbb!