81
Keçdi ömrüm qəflətlə daima edüb günah,
Bin günah etdüm diriğa qılmadum bir kərrə ah,
Qəpunə gəldüm, nolə rədd eyləməsən, ya İlah!
Səd həzaran, Rəbbəna, əstəğfirüllahəl-əzim!
Məqami-busəlik
Gözün aç xabi-qəflətdən,
Oyan, ey nəfsi-əmmarə!
Xəbər al mövtü rihlətdən,
Oyan, ey nəfsi-əmmarə!
Mənazil oldı sadiqlər,
Rəhi-Həqqdə uyaniqlər,
Ulaşdı Həqqə aşiqlər,
Oyan, ey nəfsi-əmmarə!
Könül lövhin səvadən bu,
Fəlah ixlas əməl yahu,
Dəmadəm zikrün olsun hu,
Oyan, ey nəfsi-əmmarə!
Bu dünyadən usanmazsın,
Məgər mövtə uyanmazsın,
Əcəb, niçün oyanmazsın,
Oyan, ey nəfsi-əmmarə!
Həvayə verdün ə’mari,
Yoğə xərc eylədün vari,
Keçən keçdi bu dəm bari,
Oyan, ey nəfsi-əmmarə!
Bu fani baqi sanursın,
Gəlicək mövtə uyanursın,
O dəm candən usanursın,
Oyan, ey nəfsi-əmmarə!
Sana səndən mədəd yok,
Var, hidayət şahinə yəlvar,
İlahi elmiyi uyar,
Oyan, ey nəfsi-əmmarə!