82
Məqami-üzzal
Eşqinlə yakub canı
Pərvanəyə döndərdün.
Sövdanlə sən anı
Divanəyə döndərdün.
Bəğrümdə olan yaşım
Qapladı içim-taşım.
Gözümdən akan yaşım
Dürdanəyə döndərdün.
Eşqün bıçağı ol dəm
Şərh etdi bənim sinəm.
Yərər yerdə yarüb yarüm
Bu şaniyə döndərdün.
Qəm dutdı çün afaqi,
Aldı dili-üşşaqi,
Eynümlə bunə taqi,
Qəmxanəyə döndərdün.
Nuri-Xudavənda
Eşqilə olub yəğma.
Zahid yəməz ani ana,
Əfsanəyə döndərdün.
Məqami-sükkah
Ey əcəb bilsəm nədür, ya Rəbb,
Bu dərdün çarəsi.
Düni-gün artər ökülməz
Yürəgimün yarəsi.
Bu dərdimün yarəsinə
Heç teyb qılmaz ilac.
Ey əcəb varmı dəxi
Bizim kibi biçarəsi.