83
Çarəsi biçarəlikdür
Yinə bu dərdün həman.
Çün bəla bürcindədür
Aşiqlərün sitarəsi.
Hər kim inlər bu bəladə,
Var sən ol aşiq dinlə.
Görsün ol pir neylər ana
Dünyanün məkkarəsi.
Dünyayi məkkarəyə hər kim
Doləşdi ta əbəd,
Gitmədi gitməliysə anun
Yüzinün qarəsi.
Hər kimün könlində zərrə
Dənlü dünya hacəti var,
Anı məhrum etdi bilsün
Nəfsün əmmarəsi.
Əşrəf oğlı Rumi bu dərdə
Giriftar olalı.
Düşdi bu dəryayə
Kim yokdur anun kənarəsi.
* * *
Eylər səhərdə qülqülə
Dust gülşəninün bülbüli.
İstər verə canı gülə
Dust gülşəninün bülbüli.
Fəryad edərsin ruzü şəb,
Bu dərdünə noldı səbəb.
Güldən nə eylərsin tələb,
Dust bağçəsinün bülbüli.
Bin can ilə aşiq olan
Yolində xoş sadiq olan,
Dust bəzminə layiq olan
Dust gülşəninün bülbüli.