86
Aşiqi-zarəm, daim ağlarəm,
Bakə ol yarüm həndədür, həndə.
Bilmədüm hazir qəlbümə nazir,
Bilməz xatir qəndədür, qəndə.
Sana kəşf olə səmmə vəchüllah,
Qəndə bakisən, andədür, andə.
Nuri ol aşiq eşqilə yanik,
Daima aşiq andədür, andə.
Məqami-nəvayi-sünbüli
İlahi, vəslün bağinə
Girmək dilər can bülbüli.
Andə həqiqət güllərin
Dirmək dilər can bülbüli.
Bakmayub pərrü balinə,
Əzm eyləyüb gülzarinə,
Varini eşqün narinə
Yakmak dilər can bülbüli.
Sənsin aləmlərə qəni,
Lütf et, məhrum etmə bəni.
Şövqilə yolünə cani
Vermək dilər can bülbüli.
Çün eşidürsən zarümi,
Göstər bana gülzarümi,
Hər dəm sənün didarüni
Görmək dilər can bülbüli.
Eşidicək Şəmsi sözin,
Giryan edər iki gözin,
Hər dəm dərgahünə yüzin
Sürmək dilər can bülbüli.