87
Məqami-hüseyni
Xəndan olur mə’na güli
Asari-zikrüllah ilə.
Şövqə gəlür can bülbüli
Gülzari-zikrüllah ilə.
Sər vasili canan olur,
Can məktəbə irfan olur,
Qəlbün bəharistan olur
Əzhari-zikrüllah ilə.
Kün zakirür-Rəbbir-rəhim,
Haza siratül-müstəqim,
Zakir bulur baqi nəim
İksari-zikrüllah ilə.
Tuba ləqövmin zakirin
Büşrabi-ənvaril-yəqin.
Qüvvət bulur əshabi-din
Ənsari-zikrüllah ilə.
Tovhid ilə əğyarə sür,
Vəhdət sərayində otur,
Həqqin dili hifz edə gör
Didari-zikrüllah ilə.
Məqami-hüseyni
Bəhəy bülbül, nədür fəryadün?
Var, Həqqdən dilə istimdad.
Xudayi yad et, olmə yad,
Var, Həqqdən dilə istimdad.
Qərin nəfsi-əmmarə
Qərib olur bəkim marə.
Çəkər ol sahibin narə,
İşi daim olur ifsad.