88
Xitabi-irci’i irsə,
Könül mətlubini görsə,
Sərayi-vəhdətə girsə
Olurdı qədrilə i’yad.
Əcəbdür hikməti-mövla,
Kimi ədna, kimi ə’la.
Kimi Məcnun, kimi Leyli,
Kimi Şirin, kimi Fərhad.
Hüdayi, yəlvar Allahə,
Yüz ur ol ulu dərgahə.
İrən bir qəlbi agahə
Bulur mətlubə istimdad.
Nəva
İzzətün həqqi, ey mövla,
Çün ola yövmüt-təqabün.
Zakiri asi quluni
Eyləmə ol gündə məğbun.
Rəhmətün dəryasinə sal
Cümləmüzi fərdi-biçun
Aləmi yarədən Allah
Xitabündən, ətasündən.
Məqami-pəncgah
Qollərümə fəzlün əzim,
Ya Müstə’anü ya Kərim!
Sənsin çün Rəhmanü Rəhim,
Ya Müstə’anü ya Kərim!
Səndən hidayət istərüz,
Lütfü inayət istərüz,
Baqi səadət istərüz,
Ya Müstə’anü ya Kərim!