92
Ya Rəbbi, bəcahir-rəsul
Etmə Əhmədi məlul.
Fi külli hali yəqul,
Qol sənün, fərman sənün.
Hüseyni
Xudavənda, şu aləmdə
Əsən yellər səni istər.
Ayəqlər də qəbar olmış
Tüzən yillər səni istər.
Bulam diyo dilarayi,
Gəzər arayi, arayi.
Dolaşub kuhü səhrayi
Akan sulər səni istər.
Ayağı gərçi harr olmış
Və likən biqərar olmış,
Düşüb əldən-ələ solmış
Gəzən güllər səni istər.
Çü sənsin vahidi-mütləq,
Əgər yəyləq, əgər qişləq.
Şərikün yok əlalitlaq,
Köçən ellər səni istər.
Əgər cinndür, əgər heyvan,
Əgər mələk, əgər insan,
Səni zikr etmədə yeksan
Dönən dillər səni istər.
Səhərlərdə okur virdi,
Aşiqlərə verür dərdi,
Bəhanə eyləmiş verdi
Ötən bülbülləri(?) səni istər.
Yolin sədd eyləmiş əğyar,
Düşüb ibrətilə ağlar.
Bu Şəmsi kibi kim var,
Olan qullər səni istər.