91
Kimi heyranisə, kimi ayiqdir,
Kimi heyvanisə, kimi aşiqdir,
Kimi yəlanisə, kimi sadiqdir,
Ey Allahüm, əl sənündür, qul sənün.
Kimin divaninə qərşu dursunlər,
Kimin eşiginə yüzlər sürsünlər,
Mövlalərin qoyub qəndə varsunlər,
Ey Allahüm, əl sənündür, qul sənün.
Kimi məcnunisə, kimi aqildür,
Kimi naqisisə, kimi kamildür,
Kimi məhbubisə, kimi vasildür,
Ey Allahüm, əl sənündür, qul sənün.
Hüdayiyin hər günahin bağişlə,
Ol kəmlik etdisə, sən eylik işlə,
Ehsan eylə, lakin etmə sagişlə(?),
Ey Allahüm, əl sənündür, qul sənün.
Səba
Yamən lalə əz-zəval,
Qol sənün, fərman sənün.
Daim baqi layəzal,
Qol sənün, fərman sənün.
Bir bölük biçarəyüz,
Asiyi-yüziqarəyüz,
Qanqi babə varəyüz,
Qol sənün, fərman sənün.
Eylədük bihədd günah,
Tübna nəstəğfirüllah(?),
Lütfüni qılduk pənah,
Qol sənün, fərman sənün.
Yoldur ehsanünə hədd,
La yühsa və la yü’ədd,
Səndən umarüz mədəd,
Qol sənün, fərman sənün.