90
Məqami-mahur
Sən bu fənadən aqibət
Bir gündə köçsən gərək.
Bu mürği-can pərvaz edüb,
Teyran edüb, uçsan gərək.
Gəl ömrüni etmə tələf,
Gör nəşlədi bundə sələf,
Gör kəndünə ərpə ələf,
Nə əkdünsə, anı biçsən gərək.
Bu masivadən çək əlün,
Qəmdən xilas eylə canün,
Bir gün gəlür uğrar yolün,
Bir köpridən keçsən gərək.
Ölməz işə etmə həvəs,
Keç fanidən, qovğayi kəs,
Axir pozılur bu qəfəs,
Toprak olub yatsən gərək.
Hesab edərlər malüni,
Andə görərsən halüni,
Şol dəftəri-ə’malüni
Okuyubən açsan gərək.
Yeyə işün tuli-əməl,
İxlas ilə eylə əməl.
Qərşündədür cani-əcəl,
Bir gün anı içsən gərək.
Məqami-bayatı
Bağişləgil qullərin günahi,
Ey Allahüm, əl sənündür, qul sənün.
Rəhm eyləgil eşidüb ahü zarin,
Ey Allahüm, əl sənündür, qul sənün.