HEYDAR ALIYEV FONDU - SABUNCHU-TANISHLIQ.JPG
14 iyun 2010

Sabunçu rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyev Fondu ilə tanış olublar

İyunun 14-də Sabunçu rayon ictimaiyyətinin nümayəndələri 15 iyun - Milli Qurtuluş Günü ərəfəsində Heydər Əliyev Fondunda olmuşlar.


Bütün mənalı ömrünü Azərbaycanın tərəqqisinə həsr etmiş, müasir müstəqil dövlətimizin memarı və qurucusu ulu öndər Heydər Əliyevin xatirəsinə hörmət və ehtiramlarını bildirmək üçün buranı ziyarət edən qonaqlara Fondun çoxşaxəli fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.

 

Qonaqlar Fondda Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müasir Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olmuş, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxmışlar.

 

Ulu öndərin orta və ali məktəbləri əla qiymətlərlə bitirməsi barədə attestatı və diplomu, əla təhsilə və nümunəvi əxlaqa görə tərifnaməsi, işlədiyi müxtəlif kollektivlərdə yalnız müsbət keyfiyyətlərlə səciyyələndirilən xasiyyətnamələri, keçmiş SSRİ-nin müxtəlif guşələrində, respublikamızın ayrı-ayrı şəhər və rayonlarında keçirilən tədbirlərdə çəkilmiş yadigar fotoşəkilləri, iş otağındakı əşyalar şərəfli ömrün salnaməsini xatirələrdə bir daha canlandırmışdır.

 

Ümummilli liderin Azərbaycanda hüquqi, demokratik dövlət və ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlər barədə məlumatları diqqətlə dinləyən qonaqlar Fondla tanışlıqdan zəngin təəssürat almışlar.

 

Sonda qonaqlara ulu öndərin həyat və fəaliyyəti haqqında “Böyük ömrün anları” filmi nümayiş olunmuşdur. 


FOTO