HEYDAR ALIYEV FONDU - MINGACHEVIR-TANISHLIQ.JPG
14 iyun 2010

Mingəçevir şəhər ictimaiyyətinin bir qrup nümayəndəsi Heydər Əliyev Fondu ilə tanış olublar

İyunun 14-də Mingəçevir şəhər ictimaiyyətinin bir qrup nümayəndəsi 15 iyun – Milli Qurtuluş Günü ilə bağlı Heydər Əliyev Fondu ilə tanış olmuşdur. Tədbirdə qonaqlara Fondun fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir.


Bildirilmişdir ki, zəngin ekspozisiyada toplanan maraqlı fotolar və eksponatlar görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirir. Azərbaycanın nicat yolunu müəyyən edən bu böyük şəxsiyyətin səyləri nəticəsində ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında ciddi dönüş mərhələsinin başlanğıcı qoyulmuşdur.

 

Fond elm, təhsil, mədəniyyət, səhiyyə və s. sahələr üzrə genişmiqyaslı layihələr həyata keçirir. Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun uşaqlıq, gənclik, tələbəlik illərini, fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən nadir sənədlər, həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillər, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələr, bu dahi şəxsiyyət haqqında yazılmış kitablar, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkilləri qonaqlarda böyük maraq doğurmuşdur.

 

Fondla tanışlıqdan sonra qonaqlar dahi şəxsiyyətin həyat və fəaliyyəti haqqında “Böyük ömrün anları” filminə baxmışlar.


FOTO