FOND-TORPAQ KOMITASI-TANISHLIQ.JPG
7 may 2010

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşları Heydər Əliyev Fondunda olublar

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşları ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə bağlı mayın 7-də Heydər Əliyev Fondunda olmuşlar.

 

Buradakı ekspozisiya ilə tanışlıq zamanı məlumat verildi ki, Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə ehtiramın ifadəsi kimi yaradılan Fondun məqsədi görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etmək, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönələn genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaq, Azərbaycanın mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fond həm də genişmiqyaslı layihələr həyata keçirir, görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir.

 

Bildirildi ki, ulu öndər şərəfli ömür yolunu bütünlükdə doğma Vətəninin möhkəmlənməsinə və şöhrətlənməsinə həsr etmişdir. Ümummilli liderin dövlətçiliyə sonsuz sədaqəti sözün həqiqi mənasında nəsillərə örnəkdir. Ulu öndərin müxtəlif dövrlərdə respublikamıza rəhbərlik etdiyi illəri əks etdirən fotolar və eksponatlar şərəfli ömrün salnaməsini xatirələrdə bir daha canlandırır.

 

Qonaqlar ulu öndərin həyatından bəhs edən “Böyük ömrün anları” filminə baxdılar. 


FOTO