HEYDAR ALIEV FONDU- AZARBAYCANSHUNASLIQ AKTUAL PROBLEMLARI - KONFRANS-TANISHLIQ.JPG
7 may 2010

“Azərbaycanşünaslığın Aktual Problemləri” mövzusunda I Beynəlxalq elmi konfransın iştirakçıları Heydər Əliyev Fondu ilə tanış olublar

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda I Beynəlxalq elmi konfransın iştirakçıları mayın 7-də Heydər Əliyev Fondunda olmuşlar.

 

Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan Fondun məqsədi və fəaliyyəti barədə məlumat verilmişdir.

 

Bildirilmişdir ki, Fond ulu öndər Heydər Əliyevin zəngin irsini öyrənir və təbliğ edir. Müxtəlif sosial–iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə kömək edir.

 

Qonaqlara ulu öndərin şəxsi eksponatları barədə də məlumat verildi. Qeyd olundu ki, bütün eksponatlar ulu öndərin arxivindən götürülüb və onların arasında şəxsi əşyalar üstünlük təşkil edir.

 

Ümummilli lider Heydər Əliyevin təhsil ocaqlarında fərqləndiyini əks etdirən diplomlar, təltif olunduğu müxtəlif orden və medallar, dövlət təhlükəsizlik orqanlarında çalışdığı illərdə çəkilən fotoşəkillər qonaqların marağına səbəb olmuşdur. Muzeydəki ekspozisiyanın hər biri Böyük Azərbaycanlının həyat salnaməsini əks etdirir.

 

Konfrans iştirakçılarına ulu öndərin neft strategiyasından da ətraflı məlumat verildi. Ümummilli liderin dünyanın böyük dövlətlərinin rəhbərləri, mədəniyyət, incəsənət xadimləri ilə keçirdiyi görüşlərdə çəkilmiş tarixi fotosənədlər də qonaqlarda maraq doğurmuşdur.

 

Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsi və ulu öndər Heydər Əliyevin dövlət müstəqilliyinin əldə edilməsi və möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi işlər barədə qonaqların sualları ətraflı cavablandırılmışdır.


FOTO