FOND-SOSIAL NAZIRLIK.JPG
7 may 2010

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Heydər Əliyev Fondunda olublar

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ərəfəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Heydər Əliyev Fonduna gələrək, ulu öndərin xatirəsini yad etmişlər.


Ümummilli liderin şəxsi arxivindən götürülmüş, onun həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən fotoşəkillər, Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan zəngin materiallar iştirakçılar tərəfindən maraqla qarşılanmışdır. Fondda ümummilli liderin oxuduğu təhsil ocaqlarında fərqləndiyini əks etdirən diplomlar, təhlükəsizlik orqanlarında işlədiyi dövrdəki xidməti vəsiqələri, həm sovetlər, həm də müstəqillik dövründə Azərbaycana rəhbərlik etdiyi zaman gördüyü quruculuq işlərini əks etdirən şəkillər, aldığı fəxri fərman və sənədlər də saxlanılır.


Ulu öndərin Bakıda, Naxçıvanda, Moskvada yaşadığı, işlədiyi illər, hakimiyyəti dövrlərində ölkənin müxtəlif sahələrində qazanılan uğurlar, həyata keçirilən layihələr fondun ziyarətçilərində böyük maraq doğurmuşdur.


Burada qonaqlara Azərbaycanın beynəlxalq əlaqələrinin qurulması istiqamətində ulu öndərin həyata keçirdiyi uğurlu siyasət barədə məlumat verilmişdir. Fondun ziyarətçiləri Heydər Əliyevin dünyanın tanınmış siyasi liderləri, dövlət başçıları ilə keçirdiyi görüşləri zamanı çəkilən fotoşəkillərə, onun mədəniyyətə, elmə, bu sahədə çalışan insanlara diqqət və qayğısının təzahürü olan stendlərə tamaşa etmiş, dünyanın müxtəlif ölkələrində ümummilli liderin xatirəsinə göstərilən ehtiramı əks etdirən guşə ilə tanış olmuşlar.


FOTO