01.jpg
5 dekabr 2012

Macarıstanın dövlət katibi Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunda olub

Azərbaycanda səfərdə olan Macarıstan Respublikasının xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi, Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyanın həmsədri Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 5-də Heydər Əliyev Fondunda olub.


Qonaqlara Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verildi.


Muzeylə tanışlıqdan sonra Peter Siyarto Fondun Xatirə kitabına ürək sözlərini yazdı.


FOTO