YAP-GANCLAR-HEYDER ALIYEV FONDU-ZIYARAT(1).JPG
12 dekabr 2012

Yeni Azərbaycan Partiyasının gənc üzvləri Heydər Əliyev Fondunda olublar

Yeni Azərbaycan Partiyasının (YAP) gənc üzvləri dekabrın 12-də Heydər Əliyev Fondunda olublar.


Ulu öndər Heydər Əliyevin vəfatının 9-cu ildönümü ilə bağlı ziyarətə gələn gənclərə Fondun fəaliyyəti haqqında ətraflı məlumat verildi.


Gənclər Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan eksponatlara baxdılar.


Sonra gənclər Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən “Böyük ömrün anları” sənədli filminə tamaşa etdilər.


Sonda xatirə şəkli çəkdirildi.


FOTO