002.JPG
6 oktyabr 2011

Beynəlxalq elmi-praktiki konfransın iştirakçıları Heydər Əliyev Fondunda olublar

Bakıda keçirilən “Müasir əmlak idarəçiliyində daşınmaz əmlakın vahid kadastrının və milli məkan məlumatları infrastrukturunun rolu” mövzusunda Beynəlxalq elmi-praktiki konfransın iştirakçıları oktyabrın 6-da HeydərƏliyev Fondunu ziyarət etmişlər.


Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun tarixi, məqsədləri barədə məlumat verilmişdir.


Bildirilmişdir ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, ulu öndərin Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir.


Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan eksponatlara diqqətlə nəzər yetirən qonaqlar, görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, ulu öndərimiz haqqında kitablara, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin keçdiyi ərazilərin maketinə xüsusi maraqla baxmışlar.


Eyni zamanda, qonaqlara ulu öndərimizin ölkəmizdə dövlət əmlakının özəlləşdirilməsi sahəsində gördüyü işlər barədə məlumat verilmişdir. Bildirilmişdir ki, ümummilli lider dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirilərkən xalqın sosial rifahının üstün tutulmasını, vətəndaşların özəlləşdirmə prosesindən kənarda qoyulmamasını, onların bu prosesə fəal cəlb olunmasını başlıca şərt kimi qarşıya qoyurdu. Özəlləşdirmə siyasəti iqtisadi inkişafın sürətlənməsində, xarici sərmayədarların respublikamıza axınında və investisiyaların qoyuluşunda mühüm rol oynamışdır.


Fondla tanışlıq qonaqlarda zəngin təəssürat yaratmışdır.



FOTO