FOND-GANCLAR FORUMU--ZIYARAT.JPG
28 sentyabr 2011

“Yeni nəsil: sərhədsiz məsuliyyət” mövzusunda keçirilmiş beynəlxalq gənclər forumunun iştirakçıları Heydər Əliyev Fondunda olublar

“Yeni nəsil: sərhədsiz məsuliyyət” mövzusunda keçirilmiş beynəlxalq gənclər forumunun iştirakçıları sentyabrın 28-də Heydər Əliyev Fondunda olmuşlar. 


Gənclərə Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verilmişdir.


Beynəlxalq forumun iştirakçıları ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış olmuşlar. Bildirilmişdir ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir. Müxtəlif sosial–iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyəti və tarixinin təbliğinə kömək edir.


Qonaqlar fenomen şəxsiyyət Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, ulu öndərin həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan eksponatlara diqqətlə nəzər yetirmişlər. Onlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə maraqla tamaşa etmişlər.


Qonaqlar Fonddan zəngin təəssüratla ayrılmışlar.



FOTO