7.JPG
21 fevral 2013

Yaponiyada Xocalı soyqırımının qurbanlarına həsr olunmuş fotosərgi təşkil edilib

Azərbaycanın Yaponiyadakı səfirliyi Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirib.


Heydər Əliyev Fondunun dəstəyi ilə səfirlikdə Xocalı soyqırımının qurbanlarına həsr olunmuş fotosərgi təşkil edilib. Sərgidə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və səfirliyə göndərilmiş materiallar, o cümlədən “İRS” jurnalının ingilis və yapon dillərində nəşrləri, kitablar və broşürlər paylanılıb, faciə barədə geniş məlumat verilib. Yaponiya Parlamentinə və Xarici İşlər Nazirliyinə, ali təhsil ocaqlarına və KİV-ə faciədən bəhs edən nəşrlər göndərilib. 


FOTO