turkiye-h.aliyev-fondu--qurban.jpg
17 oktyabr 2013

Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi Qurban bayramı münasibətilə tədbirlər keçirib

Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi Qurban bayramı münasibətilə qardaş ölkənin İzmir və Eskişehir şəhərlərində azərbaycanlı tələbələrin iştirakı ilə tədbirlər keçirib.


İzmir və Eskişehirdəki Azərbaycan dərnəkləri ilə birgə keçirilmiş tədbirlərdə Prezident İlham Əliyevin Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrikinin mətni oxunub.


Dərnək rəhbərləri öz çıxışlarında ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin xalqımızın milli mənəvi dəyərlərinin qorunması, ölkəmizdə din və vicdan azadlığının təmin olunması sahəsində gördükləri işlərdən bəhs ediblər.