4 noyabr 2013

İsraildə əslən Azərbaycandan olan rəssamların sərgisi başa çatıb

İsraildə əslən Azərbaycandan olan israilli rəssamların Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (“Azİz”) təşkilatçılığı ilə keçirilən sərgisi başa çatıb.

 

Rəssamların Afula şəhərinin Mədəniyyət Sarayında İsraildə Azərbaycan Günləri çərçivəsində təşkil edilmiş sərgisi Azərbaycanın Müstəqillik Gününə həsr olunmuşdu. Sərginin ilk günündə Azərbaycanın Müstəqillik Gününə həsr edilmiş konsert də keçirilib.

 

Sərgidə “Narlar”, “Qız qalası”, “Lalələr”, “Yasəmənlər”, “Canavar” və digər əsərlər nümayiş olunub.