6.JPG
29 noyabr 2013

Reymsdə təşkil olunmuş beynəlxalq yarmarkada Azərbaycan pavilyonu açılıb

Noyabrın 29-da Fransanın Reyms şəhərində keçirilən beynəlxalq yarmarkada Azərbaycan pavilyonu açılıb.

 

Pavilyonda Gəncədə istehsal olunan məhsullar nümayiş etdirilib. Gəncə şərablarının, xalçalarının və dekorativ tətbiqi sənət nümunələrinin, nar və xurmaların nümayiş etdirildiyi pavilyonda Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 illiyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən söz ustadının həyat və yaradıcılığına dair çap olunan kitablar da paylanılıb.

 

Reymsin meri xanım Adelin Hazan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşdən sonra beynəlxalq yarmarkada Gəncə məhsullarının nümayiş etdirildiyi pavilyonlarla tanış olub.

 

Xalçaçı rəssam Faiq Osmanov, dekorativ tətbiqi sənət ustası Vilayət Qurbanov və şərabçılıq mütəxəssisi Namiq Vəliyev nümayiş etdirdikləri məhsullar barədə merə məlumat veriblər.


FOTO