23 yanvar 2014

Davosda “Azərbaycan gecəsi” keçirilib

Yanvarın 23-də Davosda “Azərbaycan gecəsi” keçirilib.

 

Gecədə Heydər Əliyev Fondunun Azərbaycanın təbliğinə həsr olunan nəşrləri qonaqlara təqdim edilib. Salonda quraşdırılan monitorlarda Azərbaycanın inkişafına, paytaxt Bakıda aparılan abadlıq-quruculuq işlərinə dair videogörüntülər nümayiş etdirilib.

 

Tədbirdə Azərbaycan musiqisi səsləndirilib.