01_israil-xacali-animm.jpg
4 fevral 2014

İsrailin Lod şəhərində “Xocalıya ədalət” adlı fotosərgi keçirilib

İsrailin Lod şəhərində Heydər Əliyev Fondunun və şəhər bələdiyyəsinin dəstəyi ilə “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası (Azİz) tərəfindən “Xocalıya ədalət” adlı fotosərgi təşkil olunub.

 

Sərgiyə əslən Azərbaycandan olan veteranlar, orta nəslin nümayəndələri, gənclər və yeniyetmələr qatılıblar.

 

Tədbiri “Azİz” Assosiasiyasının idarə heyətinin üzvü, vəkil İlana Laytman açıb.

 

Daha sonra çıxış edən “Azİz” Assosiasiyası nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman sərgiyə gələnlərə Xocalı faciəsi haqda məlumat verib. “Erməni cəlladlarının bir soyuq qış gecəsində 613 nəfəri məhv etdikləri, çoxlarını görünməmiş işgəncələrə, təhqir və həqarətlərə məruz qoyduqları Xocalı qırğını bütün bəşəriyyətə qarşı yönəlmiş cinayətdir”, - deyə o, bildirib.

 

İsrail parlamentinin deputatı Şuli Mualem fotosərgidə gördüklərindən dəhşətə gəldiyini bildirib: “İnanıram ki, Xocalı ədaləti zəfər çalacaq, azərbaycanlı qaçqınların hüquqları bərpa olunacaq”.

 

Tədbirdə Lod şəhərinin meri Yair Revivo da çıxış edib, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini pislədiyini bildirib.


FOTO