1393819975.jpg
28 fevral 2014

Çikaqoda Xocalı faciəsinin qurbanları anılıb

Fevralın 28-də İllinoys ştatının Çikaqo şəhərində Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar mərasim keçirilib. Loyola Universitetində keçirilən mərasimdə universitetin professor-tələbə heyəti, Azərbaycan və türk diasporunun nümayəndələri, beynəlxalq cinayətlərin araşdırılması sahəsi üzrə tanınmış mütəxəssislər iştirak ediblər.

 

Azərbaycanın ABŞ-dakı səfirliyinin ikinci katibi Könül Süleymanlı çıxış edərək, faciə haqqında iştirakçılara məlumat verib.

 

Daha sonra Loyola Universitetinin məzunu Mehriban Məmmədova təqdimatla çıxış edib. O, faciənin səbəbləri haqda danışıb, Xocalı faciəsinin törədilməsində birbaşa iştirakı olan şəxslərin azadlıqda olmasını ən böyük haqsızlıq adlandırıb.

 

Tədbirin sonunda amerikalı ud ifaçısı Cudit Montalvonun ifasında musiqilər səsləndirilib, Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş foto-sərgi nümayiş etdirilib.